Bakı-APA. Braziliya hökuməti İsveçin “Saab” şirkəti ilə dəyəri 4 mlrd dollar olan müqavilə imzalamaq niyyətindədir. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Braziliyanın müdafiə naziri Selso Amorim deyib.
Onun sözlərinə görə, 4 mlrd dollar Braziliyanın Hərbi-Hava Qüvvələri üçün 36 “Qripen” qırıcısının alınmasına sərf olunacaq.