Bakı-APA. Braziliya prezidenti Dilma Russef siyasi islahatlarla bağlı referendum keçirməyə hazır olduğunu bildirib.
Russef həmçinin hökumətin ictimai nəqliyyat sisteminin inkişafına 25 milyard dollar qoymağa, həmçinin yanacaq vergisini azaltmağa hazır olduğunu bəyan edib.
Braziliyada keçirilən kütləvi aksiyaların başlanmasına ictimai nəqliyyatda gediş haqqının 20 sentavo (8 qəpik) artırılması olub.
Braziliyalılar həmçinin hökumətin siyasətindən, o cümlədən səhiyyə və təhsilinin kifayət qədər maliyyələşdirilməməsindən narazıdırlar.