Bakı-APA. Braziliyanın 8 ştatında əksər yaşayış məntəqələri elektrik enerjisiz qalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Latın Amerikası kütləvi informasiya vasitələri xəbər yayıb.
Elektrik enerjisinin dayandırılmasına səbəb “Companhia Hidro Eletrica do Sao Francisco” dövlət şirkətinin enerji sistemindəki qəza olub. Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib.