Bank Of Baku

Braziliyanın enerji sistemində baş vermiş ciddi qəza nəticəsində 3 mln. çox insan işıqsız qalıb

Braziliyanın enerji sistemində baş vermiş ciddi qəza nəticəsində 3 mln. çox insan işıqsız qalıb
# 05 fevral 2014 02:37 (UTC +04:00)

Bakı-APA. Braziliyanın enerji sistemində naməlum səbəbdən baş vermiş ciddi qəza nəticəsində 3 mln. çox insan işıqsız qalıb.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, elektrik enerjisinin verilişi ölkənin 2 böyük şəhərində - San Paulu və Rio-de-Janeyroda qismən dayandırılıb.

 

Məlumata görə, elektrik enerjisinin verilişi həmçinin Braziliyanın cənub, şimal və mərkəzi hissələrində də dayandırılıb.

 

Qeyd edək ki, Braziliyanın enerji sistemində ciddi qəza energetika nazirinin ölkənin elektrik enerjisi ilə təchizatında məhdudiyyətlərin olmayacağı barədə bəyanatından bir gün sonra baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR