Bank Of Baku

Braziliyada izdihamlı etiraz aksiyaları bütün ölkəni iflic edib

Braziliyada izdihamlı etiraz aksiyaları bütün ölkəni iflic edib
# 12 iyul 2013 00:35 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazların əsas təşkilatçıları ölkənin aparıcı həmkarlar ittifaqlarıdır. San Paulu şəhərində etirazçılar 29 avtobus terminalının işini donduraraq ictimai nəqliyyatın fəaliyyətini tamamilə iflic ediblər.

 

Etirazlara həmçinin ölkənin ən iri Santus limanının fəhlə və yükvuran işçiləri də qoşulub. Braziliyanın əsas dəniz qapıları iyulun 10-dan iflic olub, limana giriş tamamilə bağlanıb.   

 

Qeyd edək ki, ictimai nəqliyyat həmçinin Salvador, Portu-Aleqri, Belu Orizonti və bir neçə başqa şəhərlərdə də iflic edilib, ölkənin bir çox şəhərlərində məktəb və mağazalar bağlanıb.  

 

İzdihamlı etirazlara səbəb ictimai nəqliyyatda gediş haqlarının artması  və kəskin sosial problemlərin fonunda qarşıdakı futbol üzrə dünya çempionatının təşkilinə həddindən artıq vəsaitlərin xərclənməsi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR