Bakı-APA. Braziliyanın Ribeyran-Pretu şəhərində naməlum şəxs avtomobillə etirazçılara hücum edib. Nəticədə 1 etirazçı həlak olub, 4 nəfər isə yaralanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb.
Məlumata əsasən, həlak olun 18 yaşlı gəncdir.
Bu gecə etirazçılar həmçinin XİN binasını ələ keçirməyə cəhd ediblər. Baş verən qarşıdurmada 39 nəfər yaralanıb.