Bakı-APA. ABŞ-ın Çikaqo şəhərində avtobus avtomobillə toqquşub, nəticədə 22 uşaq yaralanaraq xəstəxanalara çatdırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “CBS” telekanalı məlumat yayıb.
Qəza Çikaqonun şimalında qeydə alınıb, ölən yoxdur, uşaqlar müxtəlif xəsarətlərlə bir neçə xəstəxanalara yerləşdirilib.