Bakı-APA. Bu gün Çili sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin ocağı 10 km dərinlikdə, episentri isə Çilinin İkike şəhərindən 70 km qərbdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə operativ məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.