Bakı – APA. Çilidə 5,1 bal gücündə zəlzələ baş verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanın episentri La-Liqua şəhərindən 41 km cənubi-qərbdə, ocağı isə 11,5 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə operativ məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.