Bakı-APA. Çilidə, paytaxt Santyaqonun yaxınlığında 6,7 bal gücündə zəlzələ baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji xidməti yeraltı təkanların episentrinin Santyaqo şəhərindən 110 km şimal-qərbdə olduğunu bildirib.
Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.