APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, etiraz aksiyasında şaxtaçı və liman işçiləri iştirak edib: təşkilatçıların sözlərinə görə, etirazlara büdcə sektoru işçilərinin 95 faizi, tələbə və məktəblilər qoşulub. Aksiya zamanı gənclərin aqressiv hissəsi banklardan birinin filialına basqın edərək talan etməyə başlayıb. Santyaqoda etirazçılar sərnişin avtobusunu yandırıblar. Etirazçılar polis əməkdaşlarına daş, taxta parçaları və yandırıcı maye ilə doldurulmuş şüşə qabları atıblar. Buna cavab olaraq, polis gözyaşardıcı qaz və su şırnağı istifadə edib.
Son məlumatlara görə, iğtişaşlar zamanı üç polis əməkdaşı xəsarət alıb.