Bank Of Baku

Con Kerri: “ABŞ-ın həll olunmasını görmək istədiyi məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir”

Con Kerri: “ABŞ-ın həll olunmasını görmək istədiyi məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir”
# 05 iyun 2013 07:12 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı qəbul edib.

 

APA-nın ABŞ Dövlət Departamentinə istinadən xəbərinə görə, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini və bir sıra regional məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

 

C.Kerri deyib ki, Ermənistan bir sıra məsələlər üzrə ABŞ-ın tərəfdaş ölkəsidir: “Massaçusets ştatında çoxlu sayda ermənilər yaşayır və mənim dostlarım arasında da erməni icmasının xeyli nümayəndəsi var”.

 

Dövlət katibi bildirib ki, ABŞ-ın həll olunmasını görmək istədiyi məsələlərdən biri də dondurulmuş Dağlıq Qarabağ münaqişəsidir: “Münaqişənin hər zaman dirəndiyi və təhlükəli olan dalanı keçmək üçün mütləq həll yolu tapılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR