Bakı. Real Cəfərli - APA. “ABŞ İranla münasibətlərinin normallaşmasının tərəfdarıdır”.
APA-nın İranın ərəb dilində yayımlanan “əl-Aləm” telekanalına istinadən məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 68-ci sessiyası çərçivəsində Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin nümayəndələri ilə baş tutan görüşündə deyib.
Onun sözlərinə görə, ABŞ əsas diqqətini İranın nüvə məsələsinə yönəldəcək: “ABŞ bölgədəki müttəfiqləri ilə məsləhətləşmədən bu regionla bağlı addım atmayacaq”.