Bakı-APA. ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə verilən məlumata görə, bunu ABŞ Dövlət departamentinin nümayəndəsi Mari Harf deyib.
“Əlbəttə ki, söhbət zamanı Suriyada kimyəvi silah mövzusundan danışılıb”, - deyə o vurğulayıb.
Bununla belə Harf Moskvanın Suriyanın kimyəvi silah arsenalını beynəlxalq nəzarətə götürülməsi təklifinin müzakirə edilib-edilmədiyini dəqiqləşdirməyib.