Bakı-APA. Boston marafonunda partlayışların təşkilində şübhəli bilinən Coxar Tsarnayevə 30 bəndən ibarət ittiham irəli sürülüb. APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, Federal prokurorluğunun açıqlamasına əsasən, o həmçinin kütləvi qırğın silahının istifadəsində ittiham olunur.
Xatırladaq ki, bu ilin aprelində ABŞ-ın Boston şəhərində keçirilən marafon zamanı törədilən partlayışlar nəticəsində 3 nəfər ölüb, 250-dən çox insan yaralanıb.
Coxar Tsarnayevin təqsiri sübuta yetiriləcəyi halda onu ölüm hökmü gözləyir.