Dövlət Departamenti: "Prezident Obama Suriya ilə bağlı müxtəlif variantları nəzərdən keçirir"

Dövlət Departamenti: "Prezident Obama Suriya ilə bağlı müxtəlif variantları nəzərdən keçirir"
# 26 avqust 2013 23:01 (UTC +04:00)

Bakı-APA. ABŞ hökuməti Suriyada mümkün addımları nəzərdən keçirir. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib.

"Prezident müxtəlif variantları nəzərdən keçirir. Əvvəllər dediyimiz kimi bura hərbi variant da daxil ola bilər. Lakin bununla bağlı hər hansı qərar yoxdur. Hazırda müzakirələr davam edir", - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR