Bank Of Baku

Dövlət Departamenti: ABŞ Əsədi devirməyi özünə məqsəd qoymur, lakin, o getməlidir

Dövlət Departamenti: ABŞ Əsədi devirməyi özünə məqsəd qoymur, lakin, o getməlidir
# 27 avqust 2013 20:53 (UTC +04:00)

Bakı-APA.  Suriyada kimyəvi silah istifadəsinə müxtəlif cavab variantlarını nəzərdən keçirən ABŞ prezident Bəşər Əsədi devirməyi özünə məqsəd qoymur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Xarf deyib.

 

“Biz cavabımızda (kimyəvi silah istifadəsinə cavab variantında) rejimin dəyişilməsi məqsədilə heç bir variantı nəzərdən keçirmirik”, deyə Xarf qeyd edib.  

 

Dövlət Departamentinin nümayəndəsi bununla belə əlavə edib ki, ABŞ Əsədi gələcəkdə Suriya rəhbərliyində görmür. Onun sözlərinə görə, Suriya prezidenti ölkədə hökm sürən siyasi böhran eləcədə “Cenevrə-2” beynəlxalq konfransı çərçivəsində vəzifəsindən imtina etməlidir.

 

“Bizim mövqeyimiz dəyişməz qalır – münaqişənin hərbi yolla həlli variantı yoxdur. Barəsində hələlik qərar verilməyən hər-hansı addım isə kimyəvi silah istifadəsinə cavab olacaq, lakin, siyasi nizamlanma zərurəti qalmaqdadır”, deyə Xarf qeyd edib.   

 

Qeyd edək ki, Ağ Evin rəsmi nümayəndəsi Cey Karni həmçinin bu gün bəyan edib ki, Vaşinqton öz cavab addımları ilə Suriyadakı rejimi devirməyi özünə məqsəd qoymur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR