Bank Of Baku

Dövlət departamenti Soçi Olimpiadasını boykot etməyə qarşı çıxıb

Dövlət departamenti Soçi Olimpiadasını boykot etməyə qarşı çıxıb
# 27 iyul 2013 02:02 (UTC +04:00)

Baku-APA. Soçi Olimpiadasını boykot etmək çağırışları ABŞ dövlət departamentinin maraqlarına uyğun gəlmir. Bu barədə departamentin nümayəndəsi Cen Psaki bəyan edib.

 

«Bu, bizim çağırışlarımızla üst-üstə düşmür», deyə Psaki bildirib.

 

ABŞ Konqresinin Respublikaçılar partiyasından olan nümayəndəsi Lindsi Qrem Birləşmiş Ştatları gələn ilin fevralında Rusiyanın Soçi şəhərində keçiriləcək Olimpiadanı MKİ-nin keçmiş əməkdaşı Edvard Snoudenlə bağlı vəziyyətə görə boykot etməyə çağırıb.

 

ABŞ-ın kəşfiyyat sirlərini yaymaqda təqsirləndirdiyi Edvard Snouden hazırda Moskvanın «Şeremetyevo» hava limanındadır və Rusiyadan sığınacaq istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR