APA-nın məlumatına görə, bu barədə Daxili yerdəyişmələrin monitorinqi mərkəzinin yeni hesabatında deyilir.
33,3 mln. nəfərin 63% Suriya, Kolumbiya, Nigeriya, Konqo Demokratik Respublikası və Sudanda yaşayır. 2013-cü ildə məcburi köçkünlərin sayı 8,2 mln. nəfərədək artıb. Ötən il müvafiq göstərici 6,6 mln. olub.
Hesabata əsasən, 2013-cü ildə Azərbaycan, Gürcüstan, Kosovo, Bosniya və Herseqovinada bəzi məcburi köçkünlərə ev verilib. Lakin 285 min nəfər hələ də bərbad vəziyyətdə olan sığınacaqlarda yaşayır.
Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 597.429 nəfər məcburi köçkün var. Hesabatda qeyd olunur ki, Azərbaycanda məcburi köçkünlərlə bağlı dövlət siyasəti daxili köçün Dağlıq Qarabağ və ətraf 7 rayon qaytarılanadək müvəqqəti xarakter daşımasına əsaslanır.
Sənəddə həmçinin qeyd olunur ki, Ermənistanda 8.400 nəfər məcburi köçkün var.