Bank Of Baku

Ekvador prezidenti: "Abortlar leqallaşdırılsa, istefa verəcəm"

Ekvador prezidenti: "Abortlar leqallaşdırılsa, istefa verəcəm"
# 12 oktyabr 2013 01:41 (UTC +04:00)

Bakı-APA. Ekvador prezidenti Rafael Korrea istefaya gedə biləcəyini bəyan edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu, ölkə konqresinin Cinayət Məcəlləsinin islahatları çərçivəsində abortları leqallaşdıracağı təqdirdə baş verəcək.

 

Səlahiyyət müddəti 2017-ci ildə bitəcək Korrea özünü solçu, humanist və katolik kimi xarakterizə edir.

 

Prezidentin abort məsələsinə dair mövqeyinə bələd olmalarına rəğmən hakim koalisiyanın üzvləri abortların leqallaşdırılması ideyasını dəstəkləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR