Bank Of Baku

Ekvadorda yarım tondan çox narkotik ələ keçib

Ekvadorda yarım tondan çox narkotik ələ keçib
# 09 avqust 2013 23:41 (UTC +04:00)

Bakı-APA. Ekvadorun hərbi-dəniz qüvvələri tərəfindən narkotiklə dolu qayıq saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qayıqda 530 kiloqramdan çox narkotik aşkarlanıb.

 

Narkotik yanacaq üçün kanistrlərdə gizlədilib. Üç nəfərdən ibarət ekipaj saxlanılıb. Onların üstündə heç bir sənəd olmayıb.
 

Ekvador rəsmilərinin versiyasına görə, qayıq Mərkəzi Amerika ölkələrindən birinə gedirmiş. Oradan isə kokaini Birləşmiş Ştatlara ötürmək planlaşdırılıbmış. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR