APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu İsrail və Fələstin nümayəndələrinin son 3 il ərzində ilk danışıqlar olacaq.
ABŞ-ın qeyd olunan bəyanatı ərəfəsində İsrail 100-dən çox fələstinlini həbsdən azad etməyi qərara alıb.
ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, hər iki tərəf qarşıdakı 9 ay ərzində yekun sülh sazişinə nail olmaq niyyətindədirlər.
Qeyd edək ki, son 5 ay ərzində Kerri Fələstin-İsrail sülh danışıqlarının bərpası məqsədi ilə Yaxın Şərqə 6 səfər edib.