Bakı-APA. ABŞ-ın Filadelfiya şəhərində bina çöküb. Philadelphia Inquirer qəzetinin məlumatına görə, nəticədə 2 nəfər dağıntılar altında qalaraq həlak olublar. Daha 13 nəfər isə xilas edilib.
Xilasetmə işləri davam etdirilir. Xilasedicilər dağıntılar altında daha bir nəfərin ola biləcəyini güman edirlər.