Bank Of Baku

Floridada 6 nəfəri qətlə yetirən cinayətkar xüsusi təyinatlılar tərəfindən öldürülüb

Floridada 6 nəfəri qətlə yetirən cinayətkar xüsusi təyinatlılar tərəfindən öldürülüb
# 28 iyul 2013 02:23 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Florida ştatında cinayətkar 6 nəfəri qətlə yetirdikdən sonra xüsusi təyinatlılar tərəfindən öldürülüb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, polis girov götürülmüş şəxsi azad edə bilib, onların heç bir xəsarət almadıqları bildirilir. CNN-in verdiyi xəbərə görə, insident Mayami şəhərinin Hayle rayonunda baş verib. Belə ki, kirayədə yaşayan şəxslə evin sahibi olan cütlük arasında münaqişə baş verib. Münaqişə zəminində kirayəşin ev sahiblərini və bir neçə nəfəri odlu silahdan qətlə yetirib. Polisin məlumatına görə, faciəyə səbəb ev sahiblərinin anası ilə birlikdə yaşayan kirayəşini mənzildən  çıxarmaq cəhdi olub.

 

Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub. Baş vermiş atışmada cinayətkar öldürülüb, onun huşunu itirmiş anası isə xəstəxanaya aparılıb.  

 

Qeyd olunan yaşayış kompleksi cinayətkarlığın səviyyəsi yüksək olan Mayaminin ispan məhəlləsində yerləşir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR