APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu BMT Baş Assambleyasının sessiyasında ilk çıxışı zamanı İran prezidenti Həsən Ruhani bəyan edib.
“İran qarşılıqlı hörmət və ümumi maraqlar əsasında digər ölkələrlə konstruktiv əlaqələrin qurulmasına çalışır və elə bu çərçivədə də ABŞ-la gərginliyin artmasına can atmır”, deyə Ruhani qeyd edib.
İran prezidenti ümidvar olduğunu bildirib ki, əgər “ABŞ administrasiyası müharibəyə sövq edən bəzi qrupların bəsirətsiz maraqlarına uyğun addım atmaqdan çəkinsə”, onda Vaşinqton və Tehran “ziddiyyətlərin aradan qaldırılmasının əsasını qoya bilərlər”.