Bakı-APA. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Suriya ilə bağlı qətnamənin əsas mətni ilə bağlı razılığa gəlib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyter” agentliyinə diplomatik mənbələrdən məlum olub.
ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin yaxın zamanlarda qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının digər üzvlərinə təqdim edəcək.