Bank Of Baku

İranla “altılıq” ölkələri arasında növbəti ekspert müzakirələri başa çatıb

İranla “altılıq” ölkələri arasında növbəti ekspert müzakirələri başa çatıb
# 08 may 2014 11:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Nyu-Yorkda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri başa çatıb.

 

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, tərəflər arasında danışıqlar 2013-cü il noyabrın 24-də Cenevrədə əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı yekun addımlarla bağlı fikir mübadiləsi aparmaq və yekun razılaşmanın əldə olunması məqsədilə yerdə qalan məsələlərin həlli naminə keçirilib.

 

İki gün davam etdirilən danışıqlarda İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edib. Müzakirələrin faydalı olduğu açıqlanıb və gələn həftə Vyanada keçiriləcək növbəti danışıqlarda texniki məsələlərlə bağlı son şərhlərin araşdırılması qərara alınıb.

 

Bundan əlavə, Avropa Birliyi də bəyanat yayaraq Nyu-Yorkda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilmiş nüvə müzakirələrinin faydalı olduğunu açıqlayıb.

 

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri yekun nüvə razılaşmasının qaralama mətninin hazırlanması məqsədilə mayın 14-16-da BMT-nin Vyanadakı qərargahında keçiriləcək. Bu danışıqlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq. Bundan əvvəl mayın 13-də M.C.Zərif və K.Eşton işgüzar şam yeməyində bir araya gələcəklər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR