Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasındakı növbəti nüvə müzakirələrinin harada keçiriləcəyi barədə məlumat yayılıb.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər arasında yekun razılaşmanın əldə olunması üçün danışıqlar fevralın sonunda böyük ehtimalla ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.
İran nüvə müzakirələrinə, Cenevrədə olduğu kimi, bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin, “altılıq” ölkələri isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında qatılacaq.
Qeyd edək ki, Davosda M.C.Zəriflə K.Eşton arasında növbəti müzakirələrin fevralın sonlarında keçirilməsi qərara alınıb.