Bakı-APA. İspaniya Boliviya prezidenti Evo Moralesin təyyarəsi ilə bağlı insidentə görə bu ölkədən üzrə istəyib. Bu barədə Latın Amerikası mediası məlumat yayıb.
«Biz bu fakta görə təəssüf edirik, prezident Moralesə mane olmuş, onu çətin və dövlət başçısına layiq olmayan vəziyyətə qoymuş qeyri-adekvat hərəkətə görə üzr istəyirik», deyə İspaniyanın Boliviyadakı səfiri Anhel Vaskes bu Latın Amerikası ölkəsinin xarici işlər naziri Xuan Karlos Alurraldeyə bildirib.
İyulun əvvəlində bir sıra Avropa ölkələri Boliviya prezidenti Evo Moralesin təyyarəsinin onların hava məkanından istifadəsinə qadağan qoymuşdular. Bu qərara təyyarədə keçmiş MKİ əməkdaşı, ABŞ tərəfindən axtarılan Edvard Snoudenin olması barədə məlumatlara səbəb olmuşdu.