Bakı-APA. İsrail prezidenti Şimon Peres Mexikoda Meksika Senatının üzvləri qarşısında çıxışı zamanı İranı nüvə proqramından imtina etməyə və uzaq mənzilli raketlərin istehsalını dayandırmağa çağırıb.
“Mən İranı terroru, nüvə proqramını və uzaq mənzilli raketlərin istehsalını dayandırmağa çağırıram”, deyə Peres çıxışında bildirib.
Peresin sözlərinə görə, beynəlxalq ictimaiyyət İrana heç bir təhlükənin olmadığı şəraitdə onun nüvə silahına malik olması ilə barışa bilmir.