Bakı-APA. Bu ilin iyul ayında Yer kürəsi əhalisinin sayı 7,2 milyard nəfərə çatacaq. APA-nın məlumatına görə, bu barədə BMT-nin hesabatında deyilir. Artım yoxsul və inkişaf etməkdə olan ölkələrin hesabına baş verəcək.
BMT ekspertlərinin fikrincə, 2025-ci ildə Yerdə əhalinin sayı 8,1 milyard nəfər, 2100-cü ildə isə 10,9 milyard nəfər olacaq. Lakin son rəqəm dəqiq deyil. Yenə də ekspertlərin fikrincə, qlobal təhlükələr və inkişafı nəzərə alanda, yüzilliyin sonunda planetin əhalisinin sayı 16,6 milyard nəfərədək arta, və ya 6,8 milyard nəfərədək azala bilər.