Bank Of Baku

Kaliforniyada meşə yanğınları davam edir, 6 minədək insan evakuasiya olunub

Kaliforniyada meşə yanğınları davam edir, 6 minədək insan evakuasiya olunub
# 18 iyul 2013 11:33 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Kaliforniyada gecə saatlarında baş verən meşə yanğınları nəticəsində 6 minə yaxın insan evakuasiya olunub. APA-nın “Los Angeles Times”a istinadən yaydığı xəbərə görə, şəhər rəhbərliyi insanların bir neçə şəhərdən, o cümlədən kurort şəhəri olan İdillvayddan evakuasiyasına qərar verib.

 

Hazırda yanğın baş verən ərazinin yalnız 15 faizində alov ram edilib, külək səbəbilə yanğının miqyası genişlənir. Alovun söndürülməsinə 3 minədək xilasedici 16 helikopter, 10 təyyarə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR