Bank Of Baku

Kaliforniyada restoranda baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb

Kaliforniyada restoranda baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb
# 06 avqust 2013 01:24 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kaliforniya ştatında baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.  APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Salinas şəhərində restoranların birinin qarşısında naməlum şəxs insanlara atəş açıb. Atışma baş verməzdən öncə restoranda müştərilər arasında mübahisə baş verib. Münaqişə iştirakçıları məsələyə aydınlıq gətirmək üçün bayıra çıxdıqda onlardan biri tapança çıxararaq atəş açmağa başlayıb.  

 

Məlumata görə, ölən şəxslərin 22 və 28 yaşı var. Polis atəş açan şəxsin yerli cinayətkar qrupunun üzvü olduğunu güman edir. Hazırda onun axtarışa verildiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR