Bank Of Baku

Kanada Polşaya 6 qırıcı təyyarə göndərir

Kanada Polşaya 6 qırıcı təyyarə göndərir
# 18 aprel 2014 03:53 (UTC +04:00)

Bakı-APA. Kanada Ukraynadakı böhranla əlaqədar NATO “hava polisi”nin missiyasının gücləndirilməsi məqsədilə Polşaya CF-18 tipli 6 qırıcı təyyarəsini göndərməyə qərar verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  Global News Kanadanın baş naziri Stiven Xarperə istinadla məlumat yayıb.   

 

Məlumata görə, Kanada qırıcıları ABŞ, Böyük Britaniya, Danimarka, Polşa, Portuqaliya və Almaniya təyyarələri ilə birlikdə Şərqi Avropa ölkələri üzərində hava məkanının patrul reydləri həyata keçirəcək.  

 

Xarperin sözlərinə görə, Kanada Avropada iştirakının gücləndirilməsi məqsədilə həmçinin NATO-nun Brüsseldəki qərargahına 20 zabit göndərəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR