Bank Of Baku

Kanada Ukrayna hökumətinin vəzifəli şəxslərinə qarşı sanksiyaları genişləndirir

Kanada Ukrayna hökumətinin vəzifəli şəxslərinə qarşı sanksiyaları genişləndirir
# 21 fevral 2014 03:43 (UTC +04:00)

Bakı-APA. Kanada Ukrayna hökumətinin vəzifəli şəxslərinə qarşı sanksiyaları genişləndirir. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə fevralın 20-də Kanadanın baş naziri Stiven Xarper bildirib.   

 

Onun sözlərinə görə, Kanadaya gəlmək üçün viza ala bilməyəcək ukraynalı vəzifəli şəxslərin “qara siyahısı” xeyli genişləndiriləcək.

 

“Kanada Ukraynada davam edən zorakılıqdan çox hiddətlidir  və buna cavab olaraq, rejimin yüksək vəzifəli nümayəndələrinə vizaların verilməsinə qadağa qoyub. Bundan  başqa, etirazçılara tibbi yardımın göstərilməsi üçün vəsaitin ayrılmasına dair  qərar verilib”, deyə baş nazir vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR