Bakı-APA. Kanadanın Lak-Mejantik şəhərində (Kvebek əyaləti) neft daşıyan 73 sistern-vaqonundan ibarət qatarın relsdən çıxaraq yanması nəticəsində bir nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin açıqlamasında bildirilir.
Qeyd edək ki, qəza nəticəsində güclü yanğınla nəticələnmiş partlayış o qədər güclü olub ki, rəsmi qurumlar yaxınlıqdakı ərazidən 1000-dək sakini təxliyə etmək məcburiyyətində olub.
Yanğının söndürülməsində 100-dək yanğınsöndürən iştirak edib. 60 nəfər itkin düşmüş hesab olunur. Yanğın nəticəsində 30-dan çox binanın yandığı bildirilir.