Bakı-APA. Kanadanın Kvebek əyalətində yük qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə yerli polis məlumat yayıb.
Daha öncə 5 nəfərin öldüyü, 40 nəfərin isə itkin düşdüyü bildirilirdi.
«Biz təxminən 50 itkin düşmüş şəxsdən danışırıq, onlardan 13 nəfəri çox güman ki, həlak olublar», deyə polisin nümayəndəsi Frans Press-ə bildirib.