Bakı-APA. Kanada polisi iyulun 6-da Kvebek əyalətində baş vermiş qatar qəzasında həlak olanlardan daha bir neçəsinin cəsədini aşkar edib. Beləliklə, həlak olanların sayı 42 nəfərə çatıb. Daha öncə, 37 nəfərin öldüyü bildirilirdi.
Rəsmilər bu hadisəni Kanada tarixində baş vermiş ən ağır qatar qəzası adlandırırlar.