Bakı-APA. ABŞ tərəfdaşları ilə birgə Suriyada kimyəvi silahın istifadəsinə dair yeni sübutları təqdim edəcəyik. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ABŞ dövlət katibi Con Kerri çıxış edib.
“Suriyada kimyəvi silahın tətbiqinə dair məlumat inandırıcıdır və faktlara əsaslanır. Bizdə əlavə məlumat var və biz onu beynəlxalq ictimaiyyətə təqdim edəcəyik”, - deyə o vurğulayıb.