APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Londonda Sergey Lavrovla keçirilmiş görüşdə Kerri irəliləyişi mümkün edən bir neçə təkliflə çıxış edib.
“Lakin Lavrov aydın şəkildə bildirdi ki, prezident Putin Krımda referendum keçirilməyənə qədər qərar qəbul etməyə hazır deyil. ABŞ-ın isə mövqeyi bəllidir. Biz hesab edirik ki, referendumun keçirilməsi Konstitusiyaya, beynəlxalq qanunvericiliyə ziddir və qeyri-legitimdir. Krım Rusiya ilə birləşdiyi halda, bu, “arxa girişdən ilhaq” olacaq” - deyə Kerri bildirib.
Eyni zamanda Kerri vurğulayıb ki, Ukraynanın hüququnun qorunması təqdirində, ABŞ Rusiyanın Ukraynadakı maraqlarına hörmətlə yanaşacaq.