Bank Of Baku

Kimyəvi silahın qadağan olunması haqqında konvensiya Suriyada oktyabrın 14-də qüvvəyə minəcək

Kimyəvi silahın qadağan olunması haqqında konvensiya Suriyada oktyabrın 14-də qüvvəyə minəcək
# 14 sentyabr 2013 21:52 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirke bəyan edib.   

 

O qeyd edib ki, təşkilatın inzibati rəhbəri və konvensiyanın depozitarisi olan Pan Qi Muna Suriya Ərəb Respublikasının razılaşmaya qoşulmaq barədə rəsmi sənədi təqdim olunub.

 

“Qoşulma barədə ərizənin verilməsindən 30 gün keçdikdən sonra, yəni oktyabrın 14-də Konvensiya Suriya Ərəb Respublikası üçün qüvvəyə minəcək”, deyə Nesirke bildirib.

 

O qeyd edib ki, BMT baş katibi Dəməşqin bu addımını dəstəkləyib və konvensiya qüvvəyə minənədək artıq onun müddəalarına əməl etməyə çağırıb.  Buna baxmayaraq, BMT katibliyi  Suriya hakimiyyətindən əlavə məlumat tələb edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR