Bakı – APA. Kolumbiyada 5,7 bal gücündə zəlzələ baş verib.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, yeraltı təkanlar ölkənin şimal-şərqində qeydə alınıb.
ABŞ Geoloji xidmətinin yaydığı xəbərdə bildirilir ki, yeraltı təkanların mərkəzi Tame şəhərindən 8 km şimalda, 27 km yerin dərinliyində olub.
Dağıntılar və insan tələfatı haqda hələlik məlumat yoxdur.