Bakı-APA. Kolumbiyada gizli mədəndə bu gün baş vermiş partlayış nəticəsində azı 4 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Buritika rəsmi qurumlarının məlumatına əsasən, qeyd olunan qızıl mədənində qanunsuz fəaliyyət həyata keçirilib.
Partlayış nəticəsində uçqun baş verib, yerin altında hələ də insanların qaldığı bildirilir. Hadisə yerində xilasetmə əməliyyatı aparılır.