Bakı-APA. Kolumbiyanın cənub-qərbindəki Kauka departamentində törədilmiş terror aktı nəticəsində 10 nəfər dinc sakin və 7 polis əməkdaşı yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları Santander-de-Kiliçao şəhəri yaxınlığında adam oğurluğu ilə bağlı anonim mənbədən daxil olmuş məlumatı araşdırarkən, yol kənarında partlayış baş verib. Rəsmi orqanlar partlayışın “Kolumbiya İnqilabi Qüvvələri”nin (KİQ) silahlıları tərəfindən törədildiyini hesab edirlər. Məlumata görə, yaraqlılar 120 kq partladıcını iki ədəd balona yerləşdiriblər.
Polis partlayışın intiqam məqsədi ilə törədildiyini istisna etmir. Belə ki, polis bu günlərdə KİQ liderlərindən birini həbs etməyə müvəffəq olub.