Bank Of Baku

Kolumbiyada üsyançılar azı 14 hərbçini öldürüb

Kolumbiyada üsyançılar azı 14 hərbçini öldürüb
# 25 avqust 2013 04:10 (UTC +04:00)

Bakı-APA. Kolumbiyanın Venesuela ilə həmsərhəd Arauka departamentində üsyançıların törətdiyi hücum nəticəsində 14 kolumbiyalı hərbçi ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, hücum zamanı odlu silahla yanaşı partlayıcı qurğulardan da istifadə olunub. Qeyd edək ki, bu bölgədə Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri fəaliyyət göstərir. Bu qruplaşma ilə prezident Xuan Manuel Santos hökuməti arasında dialoq bir müddət əvvəl pozulub.  

 

Qeyd olunan bölgədə həmçinin Kolumbiyanın digər partizan qruplaşması – Milli Azadlıq Ordusu  da mübarizə aparır.  

 

Yerli KİV-lərin məlumatına görə, toqquşma zamanı 25-dək hərbçi həlak olub, lakin bu xəbər hələlik rəsmi təsdiqini tapmayıb. Bundan başqa, döyüşdə xeyli sayda üsyançıların öldüyü bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR