Bank Of Baku

Krımın Rusiyaya birləşdiriləcəyi təqdirdə Gürcüstan NATO-ya qoşula bilər

Krımın Rusiyaya birləşdiriləcəyi təqdirdə Gürcüstan NATO-ya qoşula bilər
# 12 mart 2014 04:39 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “Kommersant” alyansın mənzil-qərargahında və ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən xəbər verir.  

 

“Rusiyanın Ukraynaya dair addımları NATO-nun Şərqi Avropada daha qəti siyasət yürütməyinin zəruriliyi ətrafında diskussiyaları aktivləşdirdi”, deyə NATO-nun mənzil-qərargahında “Kommersant”a bildiriblər. ABŞ Dövlət Departamentində isə Tiflisin Alyansa inteqrasiya olmaq meylini dəstəkləyəcəklərini bildiriblər.

 

ABŞ Dövlət Departamentindəki mənbə həmçinin bildirib ki, “Moskva Krımın Rusiyaya birləşdirilməsini elan edəcəyi təqdirdə,  NATO-ya Üzvlük üzrə Fəaliyyət Planının  Gürcüstana təqdim edilməsi məsələsi faktiki həll edilmiş hesab oluna bilər”. Mənbənin sözlərinə görə, buna yalnız Almaniya maneçilik törədə bilər, çünki bu ölkənin Xarici İşlər Nazirliyinə 2008-ci ildən Rusiyaya loyal münasibət bəsləyən Frank-Valter Ştaynmayer rəhbərlik edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR