Bank Of Baku

Kvebekdə dəmiryolu qəzasında ölənlərin sayı 15-ə çatıb

Kvebekdə dəmiryolu qəzasında ölənlərin sayı 15-ə çatıb
# 10 iyul 2013 04:57 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ən azı 35 nəfər itkin düşmüş hesab olunur. Rəsmi qurumlar DNT nümunələrinin götürülməsi üçün itkin düşən şəxslərin qohumlarından istintaqa onlara məxsus olan şəxsi əşyaları: diş fırçaları, daraq, ülgüc və s. təqdim etməyi xahiş edib. Bununla belə, rəsmi nümayəndələr bəzi cəsədləri tanınmasının qeyri-mümkün olduğu barədə xəbərdarlıq edib.     

 

Qeyd edək ki, 72 sistern-vaqondan ibarət qatarın qəzaya uğraması nəticəsində güclü yanğın  baş verib. Yanğın o qədər güclü olub ki, rəsmi qurumlar yaxınlıqdakı ərazidən 2000-dək sakini təxliyə etmək məcburiyyətində olub.

 

Yanğın nəticəsində 30-dan çox binanın yandığı bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR