Bakı-APA. ABŞ-ın Luiziana ştatının Gismar şəhərində kimyəvi zavodda baş verən partlayış və yanğın nəticəsində ən azı 25 nəfər yaralanıb. Bu barədə APA NBC-yə istinadən məlumat verir.
Hazırda yanğının söndürülməsi üzrə iş gedir, bunun üçün digər şəhərlərdən yanğınsöndürmə briqadaları cəlb olunublar.
Williams Olefins kimyəvi zavodu sənaye zonasında yerləşir və plastmas istehsalı üçün xammal buraxır.