Bakı-APA. Venesuela prezidenti Nikolas Maduro «polis inqilabı»nın başlandığını elan edib. APA-nın məlumatına görə, söhbət hərbçilərin cinayətkarlıqla mübarizəyə cəlb olunmasından gedir.
Bütün yerli telekanallar Maduronun «Etibarlı vətən» planının daha 3 ştatda – Lara, Suliya və Karaboboda tətbiq olunması barədə göstəriş verməsini nümayiş etdiriblər.
«Etibarlı vətən» planı mayın 13-dən tətbiq olunmağa başlayıb və 3 min hərbçi Miranda ştatına cinayətkarlıqla mübarizəyə göndərilib.
Lara, Suliya və Karabobo ştatlarına indi bu məqsədlə daha 12 min hərbçi göndəriləcək.