Bakı-APA. Meksikada Rixter cədvəli ilə 6.2 bal gücündə zəlzələ olub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Milli Geoloji Xidmətin yaydığı məlumatda bildirilir.
Yeraltı təkanların episentri San-Markos şəhərindən 13 km şimal-qərbdə qeydə alınıb.
İnsan tələfatı və dağıntı haqda məlumat verilmir.